Antalyada dənizi çirkləndirən gəmilərə 52 milyon cərimələnibbackend

Antalyada dənizi çirkləndirən gəmilərə 52 milyon cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyada son 6 ayda dənizin çirklənməsinə səbəb olduğu müəyyən edilən 35 gəmiyə ümumilikdə 52 milyon 560 min lirə cərimə kəsilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Antalya Böyükşəhər Bələdiyyəsindən verilən açıqlamaya görə, Antalya körfəzində gəmilərin yaratdığı çirklənmənin qarşısını almaq üçün “Elektron Gəmi Təftiş Sistemi” tətbiqi çərçivəsində 22 nöqtəyə termal və gecəgörmə kameraları quraşdırılıb.

Komandalar davamlı olaraq sistemin mərkəzindəki ekranları yoxlayır və gəmilərin yaratdığı çirklənmə aşkar edildikdə dərhal sürət qayıqları ilə personalı bölgəyə göndərirlər. Tullantılarını atdığı aşkar edilən gəmilərə qarşı cəzalar tətbiq edilir. Bu çərçivədə son 6 ayda dənizin çirklənməsinə səbəb olduğu təsbit edilən 35 gəmiyə ümumilikdə 52 milyon 560 min lirə cərimə kəsilib.

Açıqlamada fikirləri yer alan Antalya Böyükşəhər Bələdiyyəsi Dəniz Sahil İdarəsi şöbə müdiri Mustafa Yıldırım Türkiyədə bir ilk olan elektron gəmi yoxlama sistemi ilə Antalya dənizlərini çirklənməyə qarşı qoruduqlarını ifadə edib.

Yıldırım dəniz ərazisinin gecə-gündüz yüksək keyfiyyətli kameralarla anında izlənildiyini, sintinenin boşaldığı təsbit edilən gəmilərə dərhal müdaxilə etdiklərini bildirib.