Antarktidada 1550 kvadrat kilometr buz qopubbackend

Antarktidada 1550 kvadrat kilometr buz qopub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antarktidada 1550 kvadrat kilometr buz qopub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

1550 kvadrat kilometrlik aysberqin Antarktidadakı Brunt buz şelfindən ayrılması peyk görüntülərində öz əksini tapıb.

Britaniya Antarktika Tədqiqatı (BAS) Arktika və Antarktidanın bəzi hissələrində dəniz buzlarının itkisindəki artımı sürətləndirəcək sözügedən qırılmanın iqlim dəyişikliyinə görə deyil, buz parçalanması kimi tanınan təbii bir prosesə bağlı olduğunu açıqlayıb.

10 il əvvəl alimlər 150 metr qalınlığında olan Brunt Buz Şelfindən ayrılan 1550 kilometr uzunluğundakı buz kütləsində böyük çatlar aşkar ediblər.

1270 kvadrat kilometrlik oxşar kütlə bir il əvvəl materikdən ayrılmışdı.