Aqil Abbas kasıb deputatların adlarını açıqladıbackend

Aqil Abbas kasıb deputatların adlarını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Aqil Abbasın deputatların maaşının qaldırılması ilə bağlı dediyi fikirlər müzakirəyə səbəb olub.

O, mediaya açıqlamasında bəzi deputatların kasıb olduğunu, maaşın onlara yetmədiyini deyib: “Əslində heç maaşımızın nə qədər artdığını da bilmirəm. Bu dəqiqə 40 deputat adı çəkərəm ki, yetimlər kasıblıqla dolanır. İndi sadəcə olaraq topu ötürürlər ki, deputatları söysünlər”.

İnterpress.az bildirir ki, Aqil Abbas bununla bağlı İndex.az-ın soğrusunu cavablandırıb. Bu dəfə hətta 45 belə deputat adını çəkə biləcəyini iddia edib:

“45-nin adını çəkərəm. Tahir Kərimli, Razi Nurulayev, Fazil Mustafa, Nizami Cəfərov, Anar Məmmədov. Onlar çoxdu, hamısını saya bilmərəm ki. Xəbəriniz yoxdu, deputatların vəziyyətindən”.

Millət vəkillərin maaşlarının artırılması və onun ətrafında gedən söhbətlərə gəlincə, A.Abbas bu barədə ərtaflı danışmağa tələsməyib:

“Mən sizi “Ədalət” qəzetinin redaksiyasına, ya da parlametə dəvət edirəm. Gəlin burda mənim telefonumda mesajları açın oxuyun, ondan sonra sizin suallarınıza cavab verəcəm”.

Xatırladaq ki, millət vəkili öz məvacibini də açıqlayıb. A.Abbas özünü də kasıb deputatlarım sırasına aid edib: “Hələ deputatların maaşı artırılmamışdan deyirdilər ki, 8-10 min alırlar. Vallah, 1750 manat maaş alan deputatam. Elə 1750 də dərdi olan adamam. Artıb-artıb da… Deyək ki, yox artırmayın?! Əslində heç maaşımızın nə qədər artdığını da bilmirəm”.