Dietoloq itirilən kiloqramları geri qaytarmamaq yollarını izah edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasına dietoloq Natalya Lazurenko məlumat verib. O, artıq çəkidən necə qurtulmağı və bir daha almamağı izah edib.
Yaxşı qidalanma, fiziki fəaliyyət, düzgün yuxu rejimi, yaxşı psixo-emosional vəziyyət və qidalanma dəstəyi vacibdir.
Ekspert qeyd edib ki, qidalanma fərdi olmalıdır. Pəhriz tərtib edərkən bir insanın fizioloji xüsusiyyətlərini, müşayiət olunan xəstəlikləri və fəaliyyət səviyyəsini nəzərə almaq lazımdır.
Sağlam yuxu və oyanıqlıq rejimini qurmaq vacibdir. Bədən gecə aktiv şəkildə işləyir, bu da kilo verməyə kömək edir. Fiziki fəaliyyət sağlam və güclü əzələ kütləsi üçün vacibdir.
İnsanın psixoloji durumu da mühüm rol oynayır. Pis əhval-ruhiyyə, yorğunluq, qüssə yemək seçiminə təsir göstərə bilər.
Qidalanma dəstəyi vitamin çatışmazlığını kompensasiya etməyə kömək edəcək, lakin bu, həkim nəzarəti altında aparılmalıdır.
Xuraman Etibarlı
İnterpress.az