“ASAN Xidmət”də karantin qaydaları pozuldu – VİDEObackend

“ASAN Xidmət”də karantin qaydaları pozuldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ASAN Xidmət”in Yasamal rayonunda yerləşən 3 sayılı filialında karantin qaydaları pozulub.
İnsanların qapalı məkanlarda sosial məsafə gözləmədən sıx toplaşması, bəzilərinin isə ümumiyyətlə tibbi maskadan istifadə etməməsi pandemiya dövründə ciddi narahatlıqlara səbəb olur.

Baku TV əməkdaşları məsələ ilə bağlə qurumun Mətbuat Xidməti ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, bir-neçə gün əvvəl sosial media hesablarında belə halların yaşanmaması üçün insanlara çağırış ediblər.

Qeyd olunub ki, “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə vətəndaşların qəbulu zamanı onların tibbi maskadan istifadəsi mütləqdir.

Daha ətraflı Baku TV-nin süjetində: