Astana Sadıqova sui-qəsddə şübhəli şəxsi Kiyevə təhvil verməyəcək – Qazaxıstan Senatının sədri – VİDEObackend

Astana Sadıqova sui-qəsddə şübhəli şəxsi Kiyevə təhvil verməyəcək – Qazaxıstan Senatının sədri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astana Sadıqova sui-qəsddə şübhəli bilinən şəxsi Kiyevə təhvil verməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Senatının spikeri Maulen Aşimbayev bildirib. O deyib ki, Astana Sadıqova sui-qəsddə şübhəli bilinən şəxsi Kiyevə təhvil verməyəcək.

“Respublikamızda vətəndaşlarımızın hüquqlarına üstünlük verilir. Ona görə də belə vəziyyətlərdə ölkəmiz qanunlara uyğun olaraq Qazaxıstan vətəndaşlarını ekstradisiya etmir. Bu, ümumiyyətlə, bu vəziyyətlə bağlı deyil, ümumilikdə prinsipdir: Qazaxıstan öz vətəndaşlarını başqa dövlətlərə ekstradisiya etmir”, – spiker vurğulayıb.

Son 10 ildə Ukraynada yaşayan qazaxlı müxalifətçi Aidos Sadıqova sui-qəsd iyunun 18-də baş verib. O, sağ qalıb, lakin komadadır. Qazaxıstanın iki vətəndaşı cinayətdə şübhəli bilinir.

Xuraman Etibarlı

İnterpress.az