Astara rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İnterpress.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı 1972-ci il təvəllüdlü Zülfüqarov Əmrah Vəli oğlu xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.
İnterpress.az