Avropa İttifaqı dövlətləri Böyük Britaniya ilə əlaqələri kəsirbackend

Avropa İttifaqı dövlətləri Böyük Britaniya ilə əlaqələri kəsir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Böyük Britaniyada koronavirusun mutasiyaya uğramış yeni formasının aşkarlanmasından sonra Avropa İttifaqına üzv olan azı 14 ölkə Birləşmiş Krallıqla nəqliyyat əlaqələrini kəsməyə və ya məhdudlaşdırmağa qərar verib.

Bu barədə “Ria Novosti” agentliyi məlumat yayıb.

Artıq Niderland və Belçika Böyük Britaniya ilə dəmir yolu əlaqəsini kəsib.

İtaliya, Almaniya, Bolqarıstan, İrlandiya, Litva, Latviya və Finlandiya isə İngiltərə ilə hava əlaqələrini dayandırıb.

Xatırladaq ki, Böyük Britaniyada koronavirusun mutasiyaya uğramış forması aşkarlanıb.

Britaniya Səhiyyə Nazirliyindən bildirilib ki, yeni COVID-19 adi virusdan daha sürətlə yayılır.

 

İnterpress.az