Avropa Komissiyasının sədri: “Ukraynanın Aİ yolunda bərpasına kömək edəcəyik”backend

Avropa Komissiyasının sədri: “Ukraynanın Aİ yolunda bərpasına kömək edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiyanın başladığı müharibədən sonra Ukraynanın bərpasına kömək edəcək.

Lyayen bu barədə tviter hesabında yazıb.

“Ukraynalılar öz gələcəkləri üçün cəsarətlə mübarizə aparırlar. Onlar həm də ümumi dəyərlərimiz uğrunda mübarizə aparırlar. Aİ Rusiya müharibəsinin ilk günündən onların tərəfindədir. Biz Ukraynanın azad, müasir ölkə kimi bərpasına kömək edəcəyik”, – Avropa Komissiyasının Prezidenti tviterdə qeyd edib.

Xatırladaq ki, sentyabrın 9-da Avropa İttifaqı Şurası Ukraynaya 5 milyard avro məbləğində makromaliyyə yardımı tranşının ayrılmasını təsdiqləyib. Bu pul dövlətin gündəlik əməliyyatlarını dəstəkləməyə və kritik infrastrukturun fəaliyyətini təmin etməyə xərclənəcək.