Zəfərlə sona çatan 44 günlük vətən muharibəsində aktivliyi ilə seçilən və “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyininin fəaliyyətinə dəstək verdiyi üçün təşkilatın idarə heyyətinin qərarı ilə təltif olunan bir qrup ictimai xadimin və jurnalistin “DAVAM” Gənclər Hərəkatının ofisində mükafatlandırılma mərasimi keçirilib.
DiasporPress xəbər verir ki, Millət vəkili Məlahət İbrahimovanın iştirakı ilə “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva mükafatları sahiblərinə təqdim edib.
Mərasimdə çıxış edən Təşkilat sədri “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin fəaliyyətinə dəstək verdiyi üçün təltif olunanlara təşəkkür edib.
Daha sonra 44 günlük vətən muharibəsində aktivliyi ilə seçilən və ölkədən kənarda Azərbaycan həqiqətlərinin təbliğindəki işlərinə o cümlədən uğurlu ictimai fəaliyyətlərinə görə, bir qrup QHT, media və mədəniyyət nümayəndələri təltif ediliblər.
Tədbirdə çıxış edən təltif olunanlar fəaliyyətlərinə verdikləri qiymətə görə “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinə təşəkkür ediblər.