Avtobusu çaya düşən “Taksi” şirkətinin rəhbərini məhkəmə iki ay müddətinə həbs edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Göy rəngli avtobus sərnişinləri ilə birlikdə “Moyka” çayına düşən şirkət rəhbəri iyulun 10-dək istintaq təcridxanasına göndərilib.
Bildirilir ki, müvafiq qərarı mayın 13-də Oktyabrski rayon məhkəməsinin hakimi çıxarıb.
Cahangir Xəlilov mühafizəçilərə etiraz edərək onun barəsində daha yüngül həbs qətimkan tədbiri seçilməsini xahiş edib.
Müdafiə tərəfi ev dustaqlığında israr edib.
Xuraman Etibarlı
İnterpress.az