Ayaz Quliyev “Arsenal”dan “Axmat”a keçirbackend

Ayaz Quliyev “Arsenal”dan “Axmat”a keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya “Arsenal”ının əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev “Axmat” komandasına keçəcək.

“Report” xəbər verir ki, bu barədə “Çempionat” nəşrinə vəziyyətlə tanış olan mənbədən məlumat daxil olub.

Moskva “Spartak”ının yetirməsi olan Quliyevin “Arsenal” klubu ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır. “Transfermarkt” ona 700 min avro qiymət qoyub.

26 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Arsenal”ın heyətində 26 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Klub Rusiya Premyer Liqasını sonuncu pillədə başa vurub və “Rubin”lə birlikdə I Liqaya enib.