Azad Cəfərli: “Azərbaycanda 119 min hektar ərazidə müasir suvarma sistemləri quraşdırılıb”backend

Azad Cəfərli: “Azərbaycanda 119 min hektar ərazidə müasir suvarma sistemləri quraşdırılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 119 min hektar ərazidə müasir suvarma sistemi quraşdırılıb.

İnterpress.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli deyib.

O bildirib ki, 60 min hektarda isə pivot suvarma sistemləri, damcılı sistem tətbiq olunur.

Aparat rəhbəri qeyd edib ki, kənd təsərrüfatı sahəsində də qiymətləndiricilərin fəaliyyətinə ehtiyac var: “Bu sektorda həyata keçirilən layihələr, infrastrukturla bağlı görülən işlərdə qiymətləndirilmələr aparılır. Həmçinin işğaldan azad olunan ərazilərdə “yaşıl iqtisadiyyat” tətbiq olunur ki, bu da qiymətləndiricilərin fəaliyyətinin genişlənməsində xüsusi əhəmiyyət daşıyır”.