Azərbaycan diaspor nümayəndələri Şuşada dualar ediblərbackend

Azərbaycan diaspor nümayəndələri Şuşada dualar ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan diaspor nümayəndələrindən ibarət ikinci qrupun Şuşa səfəri zəngin təəssüratlarla yadda qalıb.
Həmvətənlərimiz digər milli-mənəvi abidələrlə yanaşı, qədim memarlıq tarixinə malik Yuxarı Gövhərağa məscidində də olublar. Ziyarətçilərdən bəziləri məsciddə şükr namazı qılıb. Onlar Vətənin müdaifəsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından keçmiş şəhidlərimizin xatirələrini ehtiramla yad edib və ruhuna dualar oxuyublar.
Həmvətənlərimiz həmçinin Allah Təaladan dövlətimizin rifahı, xalqımızın firavanlığı, dünyada, o cümlədən yurdumuzda sülhün və əmin-amanlığın davamlı olması üçün dualar ediblər.