1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü. Onlar çadırlarda, vaqonlarda, uşaq bağçalarında, yataqxanalarda yaşayırdılar.
İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Füzuli şəhərinin dağıdılmış yerləri və şəhərin Baş planı ilə tanış olarkən deyib.
“Biz 2007-ci ildə çadır şəhərciklərini ləğv etdik, lakin hələ də yataqxanalarda yaşayan insanlar var. Buna görə də onları oradan buraya köçürürük. Hər şey pulsuzdur. Onlar burada yaşayırlar”, – dövlət başçısı vurğulayıb.