Bu ilin yanvar ayında Azərbaycan, Türkiyə və Belarusdan Rusiyaya 78,9 milyon yumurta idxal edilib.
İnterpress.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Məlumata görə, bunun 4,2 milyonu Azərbaycanın payına düşüb.
Tədarük başlayandan (2023-cü ilin dekabr ayı) Azərbaycandan 5,5 milyon, Türkiyədən 5,6 milyon, Belarusdan 69 milyon ədəd yumurta idxal edilib ki, bu da 1 il əvvələ nisbətən 1,7 dəfə çoxdur.