Azərbaycanda bir gündə 33 nəfər koronavirusdan öldü – FOTObackend

Azərbaycanda bir gündə 33 nəfər koronavirusdan öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 283 576 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir.

Ölkədə son sutka ərzində 14 912 test aparılıb.

 

 

İnterpress.az