Azərbaycanda dairə seçki komissiyalarına sədr və katiblər seçilib – EKSKLÜZİVbackend

Azərbaycanda dairə seçki komissiyalarına sədr və katiblər seçilib – EKSKLÜZİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda dairə seçki komissiyalarına sədr və katiblər seçilib.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, bu barədə dairə seçki komissiyalarının iclaslarında qərar qəbul edilib.

Bununla da dairə seçki komissiyalarının formalaşması başa çatıb.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyası 9 üzvdən ibarətdir. Dairə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təyin edilirlər.

Dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.

Dairə seçki komissiyalarının üzvləri MSK-dan müvafiq vəsiqə alırlar.