Azərbaycanda əməkdar idman xadimi dünyasını dəyişdibackend

Azərbaycanda əməkdar idman xadimi dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib.

tanınmış idman mütəxəssisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Camal Yaqubov bu gün 89 yaşında vəfat edib.

Camal Cəlal oğlu Yaqubov 1932-ci il dekabrın 10-da Gəncə şəhərində anadan olub.

O, güləş üzrə SSRİ çempionatının bürünc mükafatçısı olub. “İdman ustası”, “Respublikanın və SSRİ-nin maarif əlaçısı”, “Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına layiq görülüb.

1975-1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Güləşmə və onun metodikası” kafedrasının müdiri, 1981-1986-cı illərdə idman fakültəsinin dekanı, 1987-1992-ci illərdə isə idman işləri üzrə prorektoru vəzifələrində çalışıb. Uzun müddət akademiyanın “Güləşmə və onun metodikası” kafedrasının dosenti olub.

30 ildən artıq elmi-pedaqoji fəaliyyəti, idman və tədris işləri üzrə təşkilatçı, Güləş Federasiyasının və Azərbaycan Milli İdman Növləri Assosiasiyası İcraiyyə Komitəsinin üzvü olub.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.