Azərbaycanda “Meymunçiçəyi” ilə bağlı görüləcək tədbirlər müzakirə olunubbackend

Azərbaycanda “Meymunçiçəyi” ilə bağlı görüləcək tədbirlər müzakirə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına əsasən Səhiyyə Nazirliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Azərbaycan Hava Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Bu barədə İnterpress.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə cari ilin noyabr ayında COP29 beynəlxalq tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar aidiyyəti qurumların birgə koordinasiyalı fəaliyyətinin təşkili üçün hazırlanmış tədbirlər planı müzakirə olunub.

Hazırda bir çox ölkələrdə “Meymunçiçəyi” virusunun sürətlə yayılması hallarını nəzərə alaraq, respublika ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Yekunda rəy və təkliflər dinlənilərək görüləcək fəaliyyətlərə dair vahid yanaşma müəyyənləşdirilib.