Azərbaycanda quşların sayı açıqlandıbackend

Azərbaycanda quşların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda quşların sayı açıqlanıb.

Bu barədə İnterpress.az özəl olaraq Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

2022-ci ilin yanvar-mart aylarında quş əti də daxil olmaqla diri çəkidə 134,3 min ton ət, 493,3 min ton süd, 476,6 milyon ədəd yumurta istehsal edilib, 2021-ci ilin müvafiq
dövrünə nisbətən ət istehsalı 3,0 faiz, süd istehsalı 1,9 faiz, yumurta istehsalı 2,8 faiz artıb.

2022-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə 8168,8 min baş qoyun və keçi, 2666,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1295,3 min baş inək və camış, 5952 baş donuz mövcud olub.

İribuynuzlu mal-qaranın 48,6 faizini inək və camışlar təşkil edir.

Cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində diri çəkidə 19,8 min ton (keçən il 18,9 min ton) quş əti və 191,7 milyon ədəd (keçən il 183,6 milyon ədəd) yumurta istehsal
olunub.

Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 10182,8 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 60 ədəd yumurta alınıb.