Azərbaycanda sərnişindaşıma 5 %-dən çox artıbbackend

Azərbaycanda sərnişindaşıma 5 %-dən çox artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar ayında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2 % və 5,3 % çox olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 17,4 milyon ton yük daşıyıb.

Yüklərin 3,6 %-i dəniz, 7,9 %-i dəmir yolu, 0,2 %-i hava, 53,5 %-i avtomobil nəqliyyatı, 34,8 %-i isə boru kəməri ilə daşınıb.

Sərnişinlərin 87,5 %-i avtomobil, 11,8 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,2 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,6 % təşkil edib.

Ötən ay nəqliyyatçılar 145,6 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,5 %-i avtomobil nəqliyyatı, 11,8 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.