“Azərbaycanın bütün nazirləri cəm şəklində onun qədər əmlak talamadı” — AÇIQLAMAbackend

“Azərbaycanın bütün nazirləri cəm şəklində onun qədər əmlak talamadı” — AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş “Məhsul” stadionu adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.”

Demokrat.az xəbər verir ki, hüquqşünas Aslan İsmayılov “Məhsul” stadionunu satan vəzifəli şəxslərin həbs edilməsinə münasibət bildirib:

“Bu müddət ərzində keçmiş Administrasiya rəhbəri Ramiz Mehdiyevə və qudası, Prezidentin keçmiş köməkçisi Əli Həsənova arxalanan S.Mehbalıyev minlərlə obyekt satdı, yüzlərlə obyektlərin ərazisini çox hissəsini də torpaq kimi obyektlərin tikilməsi üçün satdı, yaxud həmin ərazidə özü üçün obyektlər (Bibi Restoranı) tikdi. Bu gün başlanan cinayət işində söhbət Məhsul stadionundan gedir. Gün kimi aydın məsələdir ki, Məhsul stadionunu S.Mehbalıyevin başının üstündən heç kim sata bilməzdi! Bundan əlavə, indiyə kimi satılmış onlarla stadionları və digər əmlakları nə üçün araşdırmırlar?! İndi Səttar Mehbalıyevi himayə edən kimdir?!”- o qeyd edib.