Azərbaycanın Gürcüstandakı səfiri Ramazan bayramını Marneuli sakinləri ilə bir yerdə qeyd etdibackend

Azərbaycanın Gürcüstandakı səfiri Ramazan bayramını Marneuli sakinləri ilə bir yerdə qeyd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Marneulidə qonaq oldu.

İnterPress.az xəbər verir ki, səfir Faiq Quliyev Səfirliyin nümayəndələri ilə birlikdə Marneulidə təşkil olunan Ramazan bayramı tədbirinə qatılmışdı.

Səfir tədbirdə sözlə çıxış edərək müsəlmanları  Ramazan bayramı münasibətilə təbrik etdi.

“Bayram tədbirinə qatılan hər kəsi salamlayıram. Mən həm öz adımdan həm də Azərbaycanın Gürcüstandakı səfirliyi adından Ramazan bayramı münasibətilə sizi təbrik edirəm. Bayram tədbirinin təşkilatçılığında əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ramazan bayramı münasibətilə dünya azərbaycanlılarını təbrik etdi. Bu təbrikdə Gürcüstanda yaşayan soydaşlar xüsusi yer alırdı. Biz Ramazan bayramını hər il böyük sevinclə qeyd edirik. Bu il Azərbaycan Respublikası 44 günlük müharibədə öz əzəli torpaqlarını geri qaytardı və bu böyük uğur bu günki tədbirə xüsusi təravət verir. Siz də Azərbaycanın bu uğuruna həmrəylik nümayiş etdirdiniz. Sizin bu həmrəylik nümayişinizi çox dəyərləndiririk. Mən bir daha bayram münasibətilə sizi təbrik edirəm. Əminik ki, Gürcüstan da öz ərazi bütövlüyünü tezliklə bərpa edəcək və biz də gürcü xalqı ilə birlikdə bu qələbəni bərabər qeyd edəcəyik”- Faiq Quliyev.

 

 

 

İnterpress.az