Azərbaycanın İsraildə səfirlik açmasının zamanı çatıb”backend

Azərbaycanın İsraildə səfirlik açmasının zamanı çatıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesab edirəm ki, artıq Azərbaycanın İsraildə səfirliyinin açılmasının zamanı çatıb. Əslində bu mövzuda Azərbaycan cəmiyyətinə ilk açıq şəkildə fikrini bildirən mütəxəssislərdən biri də mən olmuşam. Dəfələrlə bu mövzuda danışmışam, hakimiyyətə verdiyim təkliflərdən biri də İsraillə strateji əməkdaşlıq sazişinin imzalanması və bu ölkədə Azərbaycan səfirliyinin açılması ilə bağlı olub”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Teleqraf.com-a Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.

Sülhəddin Əkbər xatırladıb ki, Ermənistanın İsraildə səfirliyi çoxdandır fəaliyyət göstərir, amma nədənsə bu fakt Tehranı ciddi narahat etmir.

Partiya sədri qeyd edib ki, belə bir addım Azərbaycan-İsrail münasibətlərinin inkişafına güclü implus olar:

“Buna mənim heç bir şübhəm yoxdur. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti İsrailə kiçik İsrail dövləti kimi baxmamalıdır. Nəzərə almaq lazımdır ki, İsrail dünya gücüdür və dünya yəhudiliyinin gücünə diqqət yetirmək yerinə düşərdi. Eyni zamanda dünya yəhudiliyi ATƏT-in Minsk qrupunun həmsədr olduğu hər üç ölkədə böyük gücə malikdir. Ermənistanın siyasi-diplomatik sahədə bizi nisbətən üstələməsinin bir səbəbi də bu ölkələrdə eyni zamanda erməni lobbisinin güclü olmasıdır. Amerikada, Fransada və Rusiyada. Biz Ermənistanı və dünyadakı erməni lobbisini bu sahədə yəhudi gücünü yanımıza almaqla üstələyə bilərik. Hesab edirəm ki, bu istiqamətdə həm İsrail, həm də dünya yəhudiliyi də Azərbaycana dəstək verəcək. Bu mənada qeyd edilən addımların atılmasına ehtiyac var. Ehtimal edirəm ki, indi Azərbaycan və İsrail arasında da intensiv danışıqlar gedir”.