Milyonlarla izləyicisi olan blger Subo Rusiya vətəndaşlığından məhrum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
25 yaşlı Sübhan Məmmədov Murad oğlunun vətəndaşlıq alarkən özü haqqında yalan məlumat verdiyi üçün vətəndaşlığından çıxarıldığı bildirilir.
İndi blogerin Rusiya Federasiyasına daxil olmasına uzun müddət qadağa qoyulub.
“Bloger Subo (Subhan Məmmədov) Rusiya vətəndaşlığından məhrum edilib və Rusiyaya buraxılmayıb. Deyirlər ki, bunun səbəbi polislərin alçaldılması videolarıdır”, – məlumatda deyilir.
İndi onun yalnız Azərbaycan vətəndaşlığı qalıb.
Xuraman Etibarlı
İnterpress.az