Bacı 10 yaşlı qardaşını bıçaqladı – FOTObackend

Bacı 10 yaşlı qardaşını bıçaqladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 10 yaşlı oğlan böyük bacısı Veronikanın çoxsaylı bıçaq zərbələrinə məruz qalıb. Səbəb isə onun qızı hirsləndirməsi olub.

Bu barədə “Life Shot” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, boğazından və qarnından azı 5 bıçaq zərbəsi alan uşaq hazırda reanimasiyadadır.

Bildirilir ki, Veronika özündən kiçik bacı və qardaşını sevməyib. Qətli isə planlaşdırıb. Bu barədə onun “Google” sistemindən apardığı axtarışlardan məlum olub. Belə ki, o, ölümcül olması üçün bıçağın hara saplanması barədə məlumatları öyrənib.

 

Cinayət günü ata işdə olub, ana və kiçik bacı isə başqa şəhərdə olublar.

Qardaşın dəcəlliyi Veronikanın hirsləndirib. O, qardaşını dərhal öldürmək üçün bıçaqla onun boğazından vurub, ancaq istəyinə nail olmayıb, bundan sonra qarnına zərbələr endirməyə başlayıb. Lakin əməlində peşman olub və təcili yardıma zəng edib.

Uşaq çoxlu miqdarda qan itirib, hazırda reanimasiyadadır.

Veronika saxlanılıb.

Qeyd olunur ki, ailə rifah içində yaşayır. Ana hər zaman uşaqlarla olur, işləmir. Veronika əlaçıdır.

Qıza psixiatrik ekspertiza təyin olunub.

İnterpress.az