Kızılda uşaq bağçası tərbiyəçiləri 4 yaşlı uşaqlara şübhəli iynələr vurublar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Tuva Respublikası üzrə İdarəsi məlumat yayıb.
Rusiyanın Kızıl şəhərindəki uşaq bağçalarından birində valideynlər övladlarının bədənində şübhəli izlər aşkar ediblər.
Uşaqların bud nahiyəsində iynə izləri görən valideynlər dərhal polisə müraciət ediblər.
Azyaşlılar bildiriblər ki, tərbiyəçi və onun köməkçisi onları vaxtaşırı ayaqyoluna apararaq şpris vasitəsilə iynə vurublar. Faktla bağlı artıq polis araşdırmalara başlayıb.
Hazırda uşaqların sağlamlıq vəziyyəti yoxlanılır, onlara vurulan maddənin nə olduğu müəyyənləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az






