Bakıda 20 yaşlı oğlan özünü metroda yandırmaq istədibackend

Bakıda 20 yaşlı oğlan özünü metroda yandırmaq istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 20 yaşlı oğlan özünü metroda yandırmağa cəhd edib.

APA-nın məlumatına görə, hadisə ötən gün saat 21 radələrində “Gənclik” metrostansiyasında qatar hərəkət edərkən baş verib.

2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.