Bakıda mühafizəçi çalışdığı şirkətdən 14 min manatlıq oğurluq etdibackend

Bakıda mühafizəçi çalışdığı şirkətdən 14 min manatlıq oğurluq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“GM Construction” şirkətinə məxsus  14 000 manat dəyərində 665 ədəd dəmir dirəyi oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının oktyabrın 8-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən oranın mühafizəçisi L.Yaqubov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.