Bakıda qızıl-zinət əşyalarına qənim kəsilənlər ələ keçdibackend

Bakıda qızıl-zinət əşyalarına qənim kəsilənlər ələ keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda evlərdən oğurluq edən şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mayılov saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 5-ci PB və Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisindəki evlərin birindən 5 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini Ə.Ələkbərov müəyyən edilərək saxlanılıb.

 

 

İnterpress.az