“Banklara əhalidən dollar almaq sərf edir” – İqtisadçıbackend

“Banklara əhalidən dollar almaq sərf edir” – İqtisadçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumilikdə yanvar ayında keçirilmiş 6 hərracda 159.1 milyon dollar satılıb”.

İnterpress.az xəbər verir ki, bunu Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tərəfindən valyuta satışının həyata keçirilməməsini şərh edən iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, bundan əvvəlki hərracda satışın həcmi cəmi 1.5 milyon dollar olub. Bu, ilk belə haldır:

“Diqqət yetirsək görərik ki, 2023-cü il başlayandan bəri keçirilmiş hərraclarda satışın azalması tendensiyası olub. Belə ki, yanvarın 5-də keçirilmiş ilin ilk hərracında 52.7 milyon dollar satıldığı halda növbəti hərraclarda uyğun olaraq 51.2 milyon dollar, 35 milyon dollar, 18.7 milyon dollar, 1.5 milyon dollar olub və nəhayət, sonuncu hərracda tələbat olmayıb. Ümumilikdə yanvar ayında keçirilmiş 6 hərracda 159.1 milyon dollar satılıb. Halbuki 2022-ci ilin yanvarında keçirilmiş 6 hərracda bu göstərici 4 dəfə çox, yəni 642.7 milyon dollar olub.

Ağıla gələn ilk izah bankların dollar likvidliyinin yüksək olmasıdır. Ancaq bankların dolları alış məzənnəsinə baxdıqda fərqli mənzərəni görmək olar. Mərkəzi Bankın 1 dollar üzrə rəsmi məzənnəsi 1.7 AZN olduğu halda 9 bankın alış məzənnəsi 1.6990 AZN, 5 bankın alış məzənəsi 1.6980 AZN, 4 bankın alış məzənnəsi 1.6970 AZN-dir. 18 bankın alış məzənnəsi rəsmi məzənnəyə çox yaxındır. Məlumat üçün bildirim ki, hərraclarda bankların dollara yüksək tələbi olan zamanlarda bankların alış məzənnələri bu dərəcədə yüksək olmurdu. Ən yaxşı halda 4-5 bank 1.6990 AZN məzənnəsi ilə dollar almağa üstünlük verirdi. Belə çıxır ki, banklara nəinki Mərkəzi Bankdan, əhalidən dollar almaq sərf edir. Əslində isə əksinə olmalıdır”.