Belqorod vilayətinə yenidən Rusiya aviabombası düşüb, 8 evə ziyan dəyib.
İnterpress.az xəbər verir ki, bu barədə ASTRA mənbələri bildiriblər.
“Aprelin 9-da axşam saatlarında Tsibulevka kəndi yaxınlığında yüksək dəqiqlikli UMBP-250 bombası partlayıb. Ən azı 8 evin dam örtüyü və pəncərələri zədələnib – möcüzəvi şəkildə heç kim xəsarət almayıb”, – nəşr yazıb.
Bir gün əvvəl, aprelin 8-də oxşar vəziyyət Yakovlevski rayonunda da baş verib. Bomba yerli sakinin maşınının qarşısına düşüb.
O, qəlpə yaraları alıb, lakin İstintaq Komitəsi insidentdə Ukrayna Silahlı Qüvvələrini günahlandırıb.
2025-ci ilin əvvəlindən bu, artıq Rusiya təyyarələrindən – 44 FAB, 7 UMBP və 3 raketdən “özünü atma” ilə bağlı 51-ci hadisədir.
2024-cü ildə ən azı 165 belə hadisə baş verib.
Xuraman Etibarlı
İnterpress.az