Bəzi ərazilərə dolu düşəcək, sulu qar yağacaq – XƏBƏRDARLIQbackend

Bəzi ərazilərə dolu düşəcək, sulu qar yağacaq – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 25-i bəzi şimal və qərb rayonlarında, 26-sı gündüz isə əsasən dağlıq ərazilərdə hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki) yağıntının arabir intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Bu barədə İnterpress.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.