Binance kriptovalyuta birjasının 1000-dən çox əməkdaşını ixtisar etdiyi bildirilir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qeyd edilib ki, ABŞ-da federal araşdırmalar və tənzimləyicilərin təzyiqləri ilə mübarizə aparan Binance işçi qüvvəsini ixtisar edib.
Bildirilib ki, son həftələrdə 1000-dən çox şəxsi heyət ixtisar edilib.
Bildirilib ki, davam edən prosesin Binance işçilərinin 1/3-dən çoxunu itirməsinə səbəb ola bilər.
Keçmiş işçilər, müştəri xidmətləri işçilərinin ixtisardan çox təsirləndiyini söyləyib.
Məlumata görə, Binance sözçüsü ixtisarları təsdiqləyib, lakin neçə nəfərin işdən çıxarıldığını söyləməkdən imtina edib.
İşdən çıxarılmadan əvvəl Binance-in dünya üzrə 8000 işçisinin olduğu bildirilib.