Biznesmen Balidə İTKİN DÜŞDÜbackend

Biznesmen Balidə İTKİN DÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus iş adamı Balidə itkin düşüb

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Rusiyalı iş adamı İndoneziyanın Bali adasına tətilə gedib və itkin düşüb.

Məlumata görə, qranola istehsalı şirkəti quran Kaluqadan olan 36 yaşlı sahibkar Sergey Eliseyev dostlarının əhatəsində Asiya kurortuna gedib.

Aprelin 16-da çərşənbə günü axşam o, adanın şərqindəki Amed bölgəsində itkin düşüb.

Dostları deyiblər ki, kişi qayıqla okeana çıxıb və bir daha geri qayıtmayıb.

Səhər balıqçı öz qayığını tapıb yedəyə alaraq sahilə çıxarıb.

İçəridə Eliseyevin əşyaları olub: iki telefon, noutbuk və sonuncu dəfə görünəndə geyindiyi şortik.

Xuraman Etibarlı

İnterpress.az