BMT: İŞİD hələ də beynəlxalq sülh və təhlükəsizliyi təhdid edirbackend

BMT: İŞİD hələ də beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) terror təşkilatı DEAŞ-ın hələ də beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyini bildirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

BMT Baş katibinin hazırladığı son İŞİD hesabatı ilə bağlı BMT Təhlükəsizlik Şurasında iclas keçirilib.

Burada çıxış edən BMT-nin Terrorla Mübarizə İdarəsinin baş katibinin müavini Vladimir Voronkov bildirib ki, üzv ölkələrin əldə etdiyi mühüm irəliləyişlər sayəsində təşkilatın əməliyyat imkanları məhdudlaşıb.

İŞİD daxilində problemlərin olduğuna diqqət çəkən Voronkov, üzv ölkələrin maliyyə mübarizəsinin konkret nəticələr verdiyini bildirib.

Voronkov İŞİD-in daha əvvəl yüz milyonlarla ifadə edilən maliyyə ehtiyatlarının 10-25 milyon dollara qədər azaldığını bildirib.

Digər tərəfdən Voronkov, üzv ölkələrin əldə etdiyi əhəmiyyətli irəliləyişlərə baxmayaraq, İŞİD-in təkcə münaqişə bölgələrində deyil, ümumilikdə beynəlxalq sülh və təhlükəsizliyi hələ də təhdid etdiyini vurğulayaraq, terror təşkilatının xaricdə hücum niyyətini davam etdirdiyini qeyd edib.