BMT: Qəzzada ərzaq təhlükəsizliyi kritik həddə çatıbbackend

BMT: Qəzzada ərzaq təhlükəsizliyi kritik həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı Qəzzada təhlükəsizlik vəziyyəti, sərhədlərin bağlanması, idxal məhdudiyyətləri və əsas infrastrukturların zədələnməsi səbəbindən ərzaq təhlükəsizliyinin çox kritik həddə çatdığını açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Gündəlik mətbuat konfransında Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatlarına istinadən, İsrailin Rəfah şəhərinə hava hücumlarının intensivləşdiyini bildirib.

Davamlı və etibarlı qida tədarükünün qarşısının alındığını vurğulayan Dujarrik, Qəzzada təhlükəsizlik vəziyyəti, sərhədlərin bağlanması, idxal məhdudiyyətləri və əsas infrastrukturların zədələnməsi səbəbindən ərzaq təhlükəsizliyinin çox kritik həddə çatdığını qeyd edib.

Dujarric Rəfahda humanitar vəziyyətin getdikcə pisləşdiyini və insanların yemək üçün yük maşınlarını saxlamağa başladığını ifadə edərək, xüsusilə uşaqların, qocaların və sağlamlıq problemi olan insanların qida çatışmazlığı səbəbindən daha çox risk altında olduğuna diqqət çəkib.