BMT Təhlükəsizlik Şurasına sədrlik Maltaya keçibbackend

BMT Təhlükəsizlik Şurasına sədrlik Maltaya keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Təhlükəsizlik Şurasına sədrlik Yaponyadan Maltaya keçib.

“Report”un yerli bürosu xəbər verir ki, Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Freyzer təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərin suallarını cavablandırıb və fevral ayı ərzində gündəmdə olacaq əsas müzakirə mövzularını açıqlayıb.

Səfir bildirib ki, fervalı 24-də Rusiya ordusunun Ukraynaya qarşı başladığı genişmiqyaslı hücumun ildönümündə BMT Təhlükəsizlik Şurasında nazirlər səviyyəsində iclas keçirilməsi planlaşdırılır. Bununla bərabər TŞ-ın gündəmində Şərq ölkələri, İran, Fələstin, İsrail, Yəmən və Suriya bağlı müzakirələr var.

V.Freyzer ay ərzində münaqişəli bölgələr və vəziyyətlərlə bağlı TŞ üzv ölkələrin müraciətləri ilə fövqəladə iclasların da keçirilə biləcəyini deyib.