BMT: Ukrayna iqtisadiyyatının bərpası üçün 486 milyard dollar lazımdırbackend

BMT: Ukrayna iqtisadiyyatının bərpası üçün 486 milyard dollar lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna iqtisadiyyatının iki illik müharibədən sonra sağalması üçün 486 milyard dollara ehtiyac olduğu açıqlanıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Birləşmiş Millətlər Təşkilatı (BMT), Dünya Bankı, Avropa Komissiyası və Ukrayna hökumətinin hazırladığı hesabatda Rusiya müharibəsi nəticəsində Ukrayna iqtisadiyyatına dəyən zərərin təxminləri yer alıb.

Ukraynanın müharibə səbəbindən birbaşa olaraq 152 milyard dollar zərər çəkdiyini göstərən hesabata görə, hökumətin tikinti və bərpa kimi prioritet vəzifələr üçün bu il 15 milyard dollara ehtiyacı olacaq.

Hesabatda ölkə iqtisadiyyatının dirçəlməsi üçün yaxın 10 ildə 486 milyard dollara ehtiyac olduğu və bu vəsaitin 17 faizinin mənzil tikintisinə, 15 faizinin nəqliyyata, 14 faizinin ticarət və sənayeyə, 12 faizinin kənd təsərrüfatına xərclənəcəyi bildirilir.

Müharibənin ən çox zərər çəkdiyi sahələrin mənzil və sosial xidmətlər, nəqliyyat, ticarət, sənaye, energetika və kənd təsərrüfatı olduğu qeyd edilən hesabatda ən çox zərər çəkən bölgələrin Kiyev, Donbas, Xerson və Zaporojya olduğuna diqqət çəkilib.

Ukraynanın baş naziri Denis Şmıqal hesabata daxil etdiyi bəyanatda ölkəsinə maliyyə yardımının əsas mənbəyinin Qərb ölkələrində dondurulmuş Rusiya aktivləri olmalıdır.

Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin dondurulmuş Rusiya aktivlərini ələ keçirmək cəhdlərini “banditizm” kimi qiymətləndirib.