Biz enerji və əlaqə məsələləri də daxil olmaqla Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıyıq.
İnterpress.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev İtaliya Senatının binasında keçirilən “İtaliya, Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələr: enerji təhlükəsizliyi və xarici siyasət” mövzusunda keçirilən tədbirdə deyib.
F.Şəfiyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Ciriellinin (Edmondo Cirielli) bəzi Aİ liderlərini Cənubi Qafqaz və Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı şərhlərdən çəkinməyə çağıran bəyanatına diqqət çəkib.
“İtaliyanın bu və digər müsbət addımları onun İtaliya və Aİ-nin maraqlarını ayıq şəkildə nəzərə alan, rasional və sülhsevər Aİ ölkələrindən biri olduğunu göstərir”.