521 gün əsir saxlanılan məktəbli Among Us oyunu ilə XİLAS OLDUbackend

521 gün əsir saxlanılan məktəbli Among Us oyunu ilə XİLAS OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də 521 gün əsirlikdə saxlanılan məktəbli Among Us oyunu vasitəsilə kömək istəyərək xilas olub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

15 yaşlı Kayli Arellano 2025-ci ilin mayında ABŞ-nin Yuta ştatında itkin düşüb. 39 yaşlı Adam Harmel onu sosial şəbəkələr vasitəsilə aldadaraq Oreqon ştatındakı evinin zirzəmisində əsir saxlayıb.

Şübhəli şəxsin yeniyetməyə təxminən il yarım ərzində işgəncə verdiyi bildirilir.

Bir müddət sonra cinayətkar qıza SİM-kartsız, lakin Wi-Fi bağlantısı olan köhnə telefon verib.

Kayli Among Us oyununa daxil olaraq digər oyunçu ilə tanış olub və başına gələnləri ona danışıb.

Oyunçu isə bu barədə anasına məlumat verib. Qadın FTB-yə müraciət edib.

Polis qızı azad edib, şübhəlini isə saxlayıb. Onu ciddi federal ittihamlar gözləyir.

Xuraman Etibarlı

İnterpress.az