Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınırbackend

Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır.

İnterpress.az xəbər verir ki, ənənəvi tədbir hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunmalıdır.

Məlumat üçün bildirək ki, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 min nəfərə yaxın, IX sinfi isə təxminən 158 minə yaxın şagird məzun olur.

Eyni zamanda cari tədris ilində işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrindən tam orta təhsil səviyyəsi üzrə 84 nəfər məzun olacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb:

“Tədbiri öz mahiyyətinə və təlimatın tələblərinə uyğun şəkildə təşkil etməyin vacibliyini məktəb rəhbərlərinə bir daha xatırladırıq. Valideynlərdən bu əlamətdar gündə övladlarının təklükəsizliyinə və sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edirik”.

Məlumat üçün bildirək ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır.