Bu gün “Eurovision-2021”in qalibi seçiləcəkbackend

Bu gün “Eurovision-2021”in qalibi seçiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

May ayının 22-də “Eurovision-2021” mahnı müsabiqəsinin finalı baş tutacaq.

İnterpress.az-ın məlumatına görə, yarışmanın finalı Niderlandın Rotterdam şəhərində “Ahoy Arena”da keçiriləcək.

Müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq “Mata Hari” mahnısını ifa edib.

Səsvermənin nəticələrinə əsasən, Azərbaycan final mərhələsinə vəsiqə qazanıb.

Mahnı müsabiqəsi saat 23:00-da İctimai Televiziyanın efiri ilə canlı yayımlanacaq.

 

İnterpress.az