Lvov məktəbliləri dərs ilinə avqustun 19-da başlayacaqlar.
interpress.az xəbər verir ki, bu barədə şəhər meri Andrey Sadovoy məlumat verib.
Onun sözlərinə görə, bu, elektrik enerjisi ilə bağlı çətin vəziyyəti nəzərə alaraq, dərs ilinin tam başa çatmasına zəmanət verəcək.
O əlavə edib ki, işıqlar kəsiləcəyi təqdirdə məktəblər 24 saat fasiləsiz fəaliyyət göstərəcək, qışda elektrik enerjisi ilə bağlı vəziyyət stabilləşərsə, məktəblər adi qaydada işləyəcək.
Məktəblilərin planlaşdırılan qış tətili dekabrın 21-dən başlayacaq və enerji ilə bağlı vəziyyət çətinləşərsə, onların müddəti uzadılacaq.
Xuraman Etibarlı
İnterpress.az