Taylandda 14 yaşlı şagird məktəb bağçasında bütün şagirdlər arasından başqa bir dostunu çoxsaylı bıçaq zərbələri ilə öldürüb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Taylandın paytaxtı Banqkokda Narknarwaoumtump məktəbinin bağçasında səhər saatlarında bayraq mərasimi zamanı baş verən hadisədə 14 yaşlı oğlan şagird eyni yaşda olan dostuna bıçaqla hücum edib.
Bütün tələbələrin gözü qarşısında baş verən hücumdan sonra çaxnaşma yaranıb.
Hücuma məruz qalan şagirdə qan içində olan müəllimlər ilkin tibbi yardım göstərib.
Boyun və qarın nahiyəsindən aldığı bıçaq yaralarından sonra bol qan itirən 14 yaşlı gənci hadisə yerinə gələn sağlamlıq qruplarının bütün müdaxilələrinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Hadisə şahidlərinin verdiyi ifadələrə görə, hücumdan əvvəl iki şagird arasında heç bir mübahisə və dava olmadığı öyrənilib və hücumu həyata keçirən şagirdin meyvə bıçağını çantasında məktəbə gətirdiyi müəyyən edilib.
Ölkədə böyük əks-səda doğuran hadisədən sonra Banqkok valisi Çadçart Sittipunt hücumun baş verdiyi məktəbi ziyarət edərkən polis qrupları və məktəb rəhbərliyi ilə görüşlər keçirib.
Çaçart mətbuata açıqlamasında hadisədə təhlükəsizlik baxımından zəiflik olduğunu vurğulayaraq, məktəblərdə nizamsız axtarışların daha ətraflı və tez-tez aparılmalı olduğunu bildirib.