Çay evinin sahibi və müştəriləri cəzalandırıldı – FOTObackend

Çay evinin sahibi və müştəriləri cəzalandırıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan çay evi aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tədbir zamanı Xırdalan şəhərində vətəndaş Elcan Qurbanovun işlətdiyi “Baron” çay evinin gecə saat 01:00 radələrində müəyyən edilən qaydalara zidd olaraq müştəriləri qəbul etdiyi məlum olub. Polis əməkdaşları tərəfindən obyektin sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

 

 

İnterpress.az