Cəmil Babayevi nə gözləyir? – “Bəlkə onun Ağdərədə qohum-əqrabası var imiş”backend

Cəmil Babayevi nə gözləyir? – “Bəlkə onun Ağdərədə qohum-əqrabası var imiş”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cəmil Babayevlə bağlı cinayət işi yəqin ki, ləğv olunacaq. Onun müalicəyə ehtiyacı var. Müalicə etməlidirlər. Psixi durumu yerində olmayan insan hətta kimisə öldürsə, belə ona iş kəsilmir. Həmin şəxsi aparıb əsəb xəstəxanasında müalicə edirlər”.

Bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. Əsirlikdən qayıdan əsgərimizin taleyi ilə bağlı sualı cavablandıran deputatın sözlərinə görə, onun xəstəxanadan getməsi qeyri-adi bir hadisə deyil:

“Xəstə bir insan durub xəstəxanadan çıxıb, gedib. Bəlkə onun Ağdərədə qohum-əqrabası var imiş. Ürəyi istəyib ki, gedib onları görsün. Burada qeyri-adi bir hadisə yoxdur. Və ona da heç bir cinayət işi düşmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ona tətbiq ediləcək maddə yoxdur”.

A.Abbasın fikrincə, cəza düşəcək biriləri varsa, o da xəstəxanın təhlükəsizlik xidmətinə baxanlardır:

“Cəmili axı niyə həbs etsinlər. Dövlət sərhədinmi pozub, kimisə güllələyib, güllə, kəllə atıb. Neyləyib axı? Xəstə adamdır, durub gedib. Cəza əslində xəstəxanın təhlükəsizlik xidmətinə baxan insanlara düşür. O gedəndə necə görməyiblər ki”…