Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova bu gün Azərbaycana səfərə gəlir.
Bu barədə İnterpress.az-a Çexiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Çexiya parlamentinin Deputatlar Palatası sədrinin regiona səfərinin mühüm hissəsini Bakıda keçirəcəyi görüşlər təşkil edəcək.
Qeyd edək ki, M.P.Adamova hazırda Ermənistanda səfərdədir.