Mitropolit İllarion Çexiyada heç bir girov qoyulmadan və səyahət qadağası olmadan sərbəst buraxılıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Çexiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Rusiya Pravoslav Kilsəsinin keçmiş mitropoliti İllarion azadlığa buraxılıb.
Məlumata görə, o, heç bir girov qoyulmadan, ölkəni tərk etməsinə qadağa və ya hər hansı digər məhdudiyyət tətbiq edilmədən sərbəst buraxılıb.
Mitropolitin vəkilləri baş vermiş hadisənin bütün təfərrüatlarının hərtərəfli və obyektiv şəkildə yoxlanılmasına nail olmağa çalışacaqlarını bəyan ediblər.
İllarionun saxlanılması ilə bağlı məsələ Rusiya ilə Çexiya arasında diplomatik gərginliyə səbəb olmuşdu.
Xuraman Etibarlı
İnterpress.az






